Ölkə Prezidenti sabiq deputatın yeni vəzifəyə təyinatına dair sərəncam imzalayıb. Modern.az saytının məlumatına görə, Azərbaycanın İstanbuldakı keçmiş konsulu, Yeni Azərbaycan Partiyasının tanınmış üzvü Səyyad Aran Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini təyin olunub.
Xəbəri Modern.az-a açıqlamasında Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli də təsdiqləyib.
Yeni Azərbayacan Partiyasının yaradıcılarından olan Səyyad Aran uzun illər partiyanın ideologiya şöbəsinə rəhbərlik edib.
Xatırladaq ki, S.Aran 2006-2010-cu illərdə Azərbaycanın İstanbuldakı konsul vəzifəsində çalışıb. O, bu təyinatadək Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışırdı.
Modern.az