Modern.az

Dövlət Komitəsi: “Aşura günü Azərbaycanda başyarma kimi xoşagəlməz hadisə qeydə alınıb”

Dövlət Komitəsi: “Aşura günü Azərbaycanda başyarma kimi xoşagəlməz hadisə qeydə alınıb”

25 Noyabr 2012, 15:30

“Aşura günü təşkil edilmiş talassemiya xəstələri üçün qanvermə aksiyalarında fəal iştirak qeydə alındı”

Noyabrın 25-də Azərbaycanda Aşura günü ilə bağlı müxtəlif mərasimlər keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı şəhərində, o cümlədən regionlarda, Aşura ilə əlaqədar əzadarlıq mərasimlər yüksək səviyyədə, vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərini, o cümlədən asayişin tam təmin edilməsini nəzərə almaqla həyata keçirilib.

Ölkənin əksər dini icmaları başyarma kimi xoşagəlməz adətlərdən imtina edib, yalnız bir yerdə belə hadisə müşahidə edilib.

Ümumilikdə Aşura mərasimləri nəzərəçarpan insidentsiz baş tutub. Tasua və Aşura günərində DQİDK nümayəndələri Bakı və ölkənin müxtəlif rayonlarında dini icmalarla mütamadi əlaqədə olub, icmaların dövlət qurumları ilə bağlı ortaya çıxan məsələlərinin əlaqələndirilməsi işini aparıblar. Aşura günü Dövlət Komitəsinin sədri Elşad İskəndərov da Təzəpir məscində olub, həmçinin Bakı şəhərdinə qanvermə aksiyalarına fəal çağırış edən digər dini icmalara baş çəkərək, Şeyxülislam Allahşükür Paşazadə, müvafiq icma rəhbərləri və fəallarına dünya ölkələri üçün örnək ola biləcək talassemiya xəsətələri üçün qanvermə aksiyalarını geniş şəkildə həyata keçirdikləri üçün təşəkkürünü bildirib.
Eyni zamanda görüşlərdə dünyada müsəlmanların vəhdət nümunəsinə çevrilmiş Aşura gününün ölkəmizdə milli-mənəvi dəyərlərimizə, şəhidlərimizin ruhlarına layiq şəkildə, milli maraqlarımıza, həmçinin dövlətimizin dünyadakı imicinə uyğun qeyd ediliməsinin vacibliyini xüsusi vurğulayıb.

Qeyd edək ki, bu gün komitə sədrinin 1-ci müavini Səyyad Aran Lənkəran, sədrin müavini Gündüz İsmaylov isə Gəncə şəhərində olublar, qanvermə aksiyasında fəal iştirak edib, icmaların rəhbərləri ilə görüşlər keçiriblər.

Dövlət Komitəsinin məlumatına görə, ümumilikdə 12 min nəfər qan verib.

Modern.az    

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?