İndi baş nazir dediyimiz vəzifəyə keçmişlərdə vəzir deyirmişlər. Ağıllı vəzirlər padşahların vuran qolu, düşünən beyni, onları bəlalardan hifz edən olublar.
Dövrümüzdə baş nazir kimi tanınan şəxslərin də ağıllı, siyasətcil, fəndgir olması az əhəmiyyətli deyil.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkilin dəqiq tarixçəsi bəlli olmasa da, hər halda sabiq səhiyyə naziri Əli İnsanovun həbsindən əvvələ təsadüf edir.
Şəkildən belə anlaşılır ki, baş nazir Artur Rasizadə nazir Əli İnsanovu itaətə dəvət edir. Yəni, “başımızı aşağı salıb dövlət məmuru kimi işimizi yürüdək”. Hətta bəlkə özünün 2003-cü ildəki məşhur reveransını da sabiq nazirə xatırladır:
“Gördünmü, səhhətimlə əlaqədar ərizə yazıb baş nazirlikdən getdim. Qısa müddətən sonra səhhətim qaydasına düşdü, işimə qayıtdım”.
Ancaq deyəsən baş vəzirin nəsihətləri ötkəm nazirə təsir etmədi. Sonrakı reallıq bunu deməyə əsas verir...