Modern.az

Saxtakarlıq və yanlışlıq

Saxtakarlıq və yanlışlıq

29 Noyabr 2012, 15:32

Sovet dönəmində  tarixşünaslığın saxtalaşdırılması  hər zaman öz fəsadlarını verib.  Keçmişi  və  tarixi dəyişmək mümkün olmasa da,  tarixşünaslıqda buraxılan səhvləri  düzəltmək, bəzi  qaranlıqlara aydınlıq gətirmək bu gün  mümkün idi. Təəssüf ki, Azərbaycan müstəqilliyindən 20 ildən artıq vaxt keçsə də  orta məktəb dərsliklərində, xüsusilə,  tarix kitablarında   yanlışlıqlar qalmaqdadır.

 Bəzi faktlara qısaca nəzər salaq. Orta məktəbin 5-ci sinif  “Azərbaycan  tarixi” kitabında  46- səhifədə yazılır: “Kitabi-Dədə Qorqud  dastanında  eyni zamanda xalqımızın erməni feodallarına və onların havadarlarına qarşı mübarizəsi  əks olunmuşdur. Erməni və gürcü  feodalları  və onların havadarları dastanda “qara donlu kafirlər” adlanır”.

 Kitabı yazan müəllifin qənaətincə və  tarix kitabına istinadən düşünmək olar ki, o dövrdə bu regionda indiki ermənilər yaşayıb. Bu səhvlər böyük  bir nəslin  dünya görüşündə,  bü günə və gələcəyə baxışlarında  mənfi iz buraxır.  Kitab müəllifi  daxili auditoriyaya vurduğu zərbənin fərqində olmalıdır.

 Ancaq  bütün obyektiv düşünən və yazan  tarixçilər elmi faktlarla sübut ediblər ki,  ermənilər (haylar)  bu regiona yalnız  19-cu əsrdə  Çar Rusiyasının dəstəyi ilə köçürülüblər. Hətta ermənilər özləri də Dağlıq  Qarabağa köçürülmələrinin 150 illiyini 1978-ci ildə qeyd edərək  Ağdərə rayonu ərazisində abidə ucaltmışdılar. Düzdür indi həmin abidəni ermənilər  bilərəkdən tanınmaz hala salıblar.

Azərbaycanın tarix kitablarında  buraxılan yanlışlıqların sayını artırmaq olar. Buraxılan  hər bir səhvin  fəsadları  isə  zaman keçdikcə hiss olunur.  Hətta dünyada saxtakarlıqla şöhrət qazanan  ermənilər  belə yanlışlıqlardan  öz çirkin məqsədləri  üçün  istifadə edirlər.  Bu yerdə ermənilərin  Dədə  Qorqud  dastanına təcavüz faktını xatırlatmaq yerinə düşər. Azərbaycan xalqının  nadir eposlarından biri olan “Dədə Qorqud” abidəsi  sovet dövrünün müəyyən mərhələlərində  yasaq olunmuşdu.

  Lakin   “Kitabi-Dədə Qorqud”  xalqımızın qəhrəmanlıq abidəsi kimi əsrlərdən – əsrlərə keçib bu günki nəsillərə çatıb.  Hər zaman olduğu kimi  yenə ermənilər heç bir sübut və dəlillərə əsaslanmadan  “Dədə Qorqud” la  bağlı fitnəkar mülahizələrini  açıqlayıblar və həmin dastanın  bir hissəsinin ermənilərə məxsus olduğunu iddia edirlər. 

“Bamsı Beyrəyin erməni olmasını iddia etmək “Qazan xan da ermənidir” deməyə oxşayır”. Bu sözləri  jurnalistlərə açıqlamasında Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. N. Cəfərov bildirib ki, “Kitabi-Dədə Qorqud”dan başlamış Nizami Gəncəviyə qədər, elə sonrakı dövrlərdə də bir çox əsərlərə ermənilərin iddiası olub. “Amma “Kitabi-Dədə Qorqud”da ermənilərin coğrafiyasına aid heç bir anlayış yoxdur. Bu eposda yunanlar haqqında, Gürcüstan haqqında məlumatlar var. Amma ermənilər haqqında heç bir məlumat öz əksini tapmayıb”.

Erməni  mətbuatında isə  “Kitabi-Dədə Qorqud” dastanının qəhrəmanı olan Bamsı Beyrəyin erməni mənşəli olması haqqında məlumatlar yayılmaqda davam edir.

Bu yerdə  azda olsa vicdanını itirməyən  və obyektiv düşünən  erməni alimlərinin fikirlərini təqdim edək.  Yeqişe Çarens  tanınmış erməni şairidir. O, deyib:  “Bizdə riyakarıq ana bətnində olarkən yaranır”. Digər bir  erməni  B. İşxanyan deyib:  “Qarabağda yaşayan ermənilərin bir hissəsi  Türkiyə və İraqdan olan qaçqınlardır, onlar üçün  Azərbaycan torpağı  təqib  və zülmlərdən  sığınacaq yeri olmuşdur”(B.İşxanyan “ Qafqaz xalqları” 1916)

Mənim fikirlərim şablon səslənməsin. Orta məktəblərdə digər dərslikləri  bir kənara qoyaq, yalnız Azərbaycanın tarix kitablarının yenidən araşdırılmasına  və təkmil formada  yazılmasına ehtiyac var. Mən həmin sahənin mütəxəssisi  deyiləm. Ancaq orta  məktəb dərslikləri ilə bağlı  problemlər göz önundədir.

Bundan əlavə  Qarabağla bağlı  informasiya savaşında bütün resurslardan  yararlanmaq lazımdır. Lakin bu işlər kortəbii deyil  koordinasiya  olunmuş şəkildə aparılmalıdır.  Peşəkar media üçün hadisələrə obyektiv yanaşma, qara piar elementindən uzaq olmaq və digər məqamlar önəmlidir. Bir sözlə dünya ictimaiyyətinə erməni saxtakarlığı haqqında  məlumatları çatdırmaq üçün yetərincə imkanklar var.

Nəhayət, Qarabağ məsələsilə bağlı  təbliğatın metodologiyası dəyişməlidir. Çünki  dünyanı inandırmaq üçün daha innovativ metodologiyalardan  istifadə olunmalıdır. Ancaq bu işdə bəzi narahatedici məqamlara diqqət yetirmək lazımdır. Bu sahədə çalışacaq şəxslərin potensialını, bu məsuliyyətli işi davamlı necə yerinə yetirəcəyinə nəzərə almaq lazımdır. Çünki, belə hallar çox olur, sayt yaradılır bir müddət keçəndən sonra fəaliyyətini dayandırır. Nəticədə də həmin domendən ermənilərin öz təxribatçı niyyətləri üçün istifadə etmək imkanı yaranır.

Azərbaycanla bağlı domendən ermənilərin istifadəsi, yenidən sayt yaratması bu gün dünyada saxta erməni təbliğatına xidmətdir. Deməli, Azərbaycan həqiqətlərini yaymaq məqsədilə sayt yaradan hər bir şəxs öz məsuliyyətini dərk etməlidir. Əgər müəyyən dövr keçəndən sonra sayt fəaliyyətini dayandırmalı olsa, belə onun domenini hər il ödəniş etməklə saxlamaq lazımdır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?