Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi (NİİM) bağlanan marşrutların siyahısını açıqladı. Mərkəzdən Modern.az-a verilən məlumatda bildirilib ki, Bakı şəhərində bağlanan avtobus marşrutların siyahısı artıq hazırdır.
Siyahıda bu xətlərdə işləyən nəqliyyat vasitələrinin nömrələri var: 4, 7, 19, 27, 34, 41, 58, 63, 68, 72, 74, 89, 112, 114, 117, 138, 178, 180, 182, 203, 206.
Qeyd edək ki, Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov Modern.az-a bildirmişdi ki, Bakıda sərnişin avtobuslarında gediş haqlarının ödənilməsi 2013-cü ilin əvvəlindən etibarən kart sistem ilə olacaq. Yaxın üç ay ərzində hazırlıq prosesi gedəcək. İlin əvvəlində tam start veriləcək.
Mail Ağaxanov