Modern.az

Fransa səfiri Əli Kərimli və İsa Qəmbərlə görüşdü

Fransa səfiri Əli Kərimli və İsa Qəmbərlə görüşdü

Ölkə

7 Dekabr 2012, 14:43

Bu gün Fransa Xarici işlər Nazirliyinin Kontinental Avropa İdarəsinin rəhbəri Erik Fournier və Fransanın ölkəmizdəki səfiri Paskal Monie AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərlə görüşüb. Modern.az-ın “Azadlıq” qəzetinə istinadən verdiyi məlumata görə, görüşdə ölkədəki ictimai siyasi vəziyyət müzakirə olunub.

Görüşdə eyni zamanda ölkədə perspektivdə demokratik dəyişikliklərin, islahatların aparılması, Azərbaycan-Avropa Birliyi münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusilə Avropa strukturlarının Azərbaycanın demokratikləşməsindəki rolu barədə söhbət açılıb. Diplomatlar və partiya liderləri demokratik fikir və ideyaların daha geniş kütlələrə yayılmasında internetin yaratdığı böyük imkanları da  müzakirə edib. Bütövlükdə Azərbaycanın demokratikləşməsi, Avropa məkanına inteqrasiyası üçün atılan və atılacaq addımlar müzakirə olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?