Modern.az

Rəsmi İrəvan: “Qəbələ RLS-in Ermənistana köçürülməsi istisna deyil” - AÇIQLAMA

Rəsmi İrəvan: “Qəbələ RLS-in Ermənistana köçürülməsi istisna deyil” - AÇIQLAMA

Ölkə

12 Dekabr 2012, 12:59

“Qəbələ RLS-in Ermənistana köçürülməsi istisna olunmur”. Modern.az bildirir ki, bu barədə “Azatukun” radiosuna müsahibəsində Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arcun Ovanisyan bildirib.
“Bu istisna olunmur. Çünki hazırda erməni-rus əməkdaşlığı ən yüksək səviyyədədir”-deyə o vurğulayıb. 

Xatırladaq ki, bu ilin martında Rusiya ordusunun generalı Leonid İvaşov “Svobodnaya pressa” internet qəzetinə müsahibəsində bildirib ki, Rusiya Qəbələ RLS üçün alternativ yer axtarmalıdır. General bunun üçün münasib yerin Ermənistan olduğunu demişdi.

Aprel ayında isə baş nazir Tiqran Sərkisyan “Kommersant” qəzetinə müsahibəsində bəyan edib ki, İrəvan RLS-in tikilməsi üçün müzakirələrə hazırdır.

 

X.SƏFƏROĞLU

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?