Modern.az

Videoqalmaqaldakı məşhur Sevinc Babayeva 2 ay öncə YAP-dan çıxarılıbmış

Videoqalmaqaldakı məşhur Sevinc Babayeva 2 ay öncə YAP-dan çıxarılıbmış

Ölkə

17 Dekabr 2012, 17:46

Sevinc Babayeva YAP Səbayel rayon təşkilatının üzvlüyündən iki ay bundan öncə kənarlaşdırılıb. Məlumatı Modern.az-a Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili  Mübariz Qurbanlı deyib. O, bildirib ki, Sevinc Babayeva barəsində cinayət işi açıldığından o, sentyabr ayında hakim partiyanın sıralarından uzaqlaşdırılıb.

YAP Səbayel rayon təşkilatının sədri Zahid Qaralov isə bu barədə heç bir məlumat vermək istəmədiyini söylədi.

Qeyd edək ki, məlum videogörüntüdən sonra Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb. Ötən gün isə Gülər Əhmədova YAP-ın partiya sıralarından kənarlaşdırılıb. 

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?