Modern.az

“İvanişvili azərbaycanlıları aldatdı”- AÇIQLAMA

“İvanişvili azərbaycanlıları aldatdı”- AÇIQLAMA

Ölkə

20 Dekabr 2012, 14:50

Gürcüstan parlamentinin azərbaycanlı üzvü Azər Süleymanov Bidzina İvanişvili hakimiyyətini sərt tənqid edib. Yeni hakimiyyətin azərbaycanlılara verdiyi vədlərə xilaf çıxdığını bildirən millət vəkili Modern.az-a verdiyi açıqlamada Gürcüstanda yaşayan soydaşlarımızın İvanişvilidən narazı olduqlarını deyib. Onun sözlərinə görə, Saakaşvili dönəmində hakimiyyət insanların problemlərinin həllinə cəhd göstərsə də, yeni rejim azərbaycanlılara qarşı çox laqeyd münasibət sərgiləyir.

“Gürcüstanın yeni hakimiyyəti azərbaycanlılar üçün hələlik heç nə etməyib. Amma Saakaşvili rejimi Gürcüstanda yaşayan soydaşlarımıza qarşı pis olmayıb. İnsanların problemləri imkan daxilində həll olunurdu. Hətta, burada yaşayan azərbaycanlıların öz dillərində imtahan vermələri üçün şərait yaradılmışdı. İvanişvili yüz dəfə söz versə də, heç nə etmədi. Azərbaycanlılara verilən vədlər həyata keçirilmir. Yeni hakimiyyətin zamanında azərbaycanlılar yalnız təzyiqlərlə üzləşdi, insanların evlərinə basqınlar edildi.

Bidzinanın iki aydan çox hakimiyyətə gəlməsinə baxmayaraq, azərbaycanlılara yönəlik heç bir müsbət addım atılmayıb. İnsanların pensiyalarının artırılacağı bildirilirdi, bu da vəd olaraq qaldı”,- deyə azərbaycanlı deputat Gürcüstanın yeni hakimiyyətini tənqid edib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?