Modern.az

İsa Qəmbər: “Hamı Şaxta babanı da sevir, vahid namizədi də...” – AÇIQLAMA

İsa Qəmbər: “Hamı Şaxta babanı da sevir, vahid namizədi də...” – AÇIQLAMA

20 Dekabr 2012, 20:30

“Hamı bilməlidir ki, vahid namizəd məsələsinin alınması da mümkünsüz işdir"

Modern.az xəbər verir ki, bu fikirləri Müsavat başqanı İsa Qəmbər "Azadlıq" radiosunun canlı efirində qarşıdan gələn prezident seçkilərində müxalifət qüvvələrinin vahid namizədlə təmsil olunması haqda çıxışında bildirib. İ.Qəmbər vahid namizəd məsələsinə nöqtə qoyaraq bunun mümkün olmadığını deyib:

Müsavat başqanı həmçinin bildirb ki,  o, vahid namizəd olmaq niyyətində deyil, hansı partiyalar vahid namizədlərini müəyyənləşdirmək istəyirlərsə buyura bilərlər.

İsa Qəmbər çıxışında vahid namizəd məsələsinə hətta şaxta baba ilə də müqayisə edib.

"Hamı Şaxta babanı da sevir, vahid namizədi də. Ancaq hamı bilir ki, Şaxta baba real həyatda mövcud deyil. Eyni zamanda hamı bilməlidir ki, vahid namizəd məsələsinin alınması da mümkünsüz işdir".

Anar

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?