Modern.az

Qarabağın Azərbaycanlı İcması 2012-ci ilin hesabatını verdi

Qarabağın Azərbaycanlı İcması 2012-ci ilin hesabatını verdi

22 Dekabr 2012, 16:41

 APA-nın məlumatına görə, icmanın rəhbəri Bayram Səfərov iclas iştirakçılarına görülən işlər barədə ümumi məlumat verib.

Sonra İcmanın Analitik-informasiya mərkəzinin rəhbəri Elçin Əhmədov 2012-ci ilin birinci yarısında İctimai Birliyk tərəfindən həyata keçirilən tədbirlər və görüşlər haqqında ətraflı məlumat verib 

Hesabatlar dinlənildikdən sonra icmanın İdarə Heyətinin üzvü, Xocalı rayon İcra Hakimiyyətinin  başçısı Şahmar Usubov çıxış edərək ötən dövr ərzində keçirilən tədbirləri yüksək qiymətləndirib, Dağlıq Qarabağ münaqişəsi haqqında  dünya birliyinin məlumatlandırılması  istiqamətində  görülən işləri yüksək qiymətləndirib.

İdarə Heyətinin üzvləri,  Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz  Hüseynov və Milli Məclisinin deputatı Elman Məmmədov çıxış eərək icmanın əvvəlki illərdə görülmüş işlərə nisbətən daha operativ və fəal olduğunu bildirib. Qeyd olunub ki, icmadaxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətinin daha səmərəli qurulması məqsədi ilə yeni fəaliyyət istiqamətlərinin  qurulması labüddür.

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?