Modern.az

“Rafael və Coşqunun reklam lövhələri şəhərdən yığışdırılıb”

“Rafael və Coşqunun reklam lövhələri şəhərdən yığışdırılıb”

7 Yanvar 2013, 15:13

Tanınmış gülüş ustaları, “Bu şəhərdə” yumoristik qrupunun oğlanları Rafael və Coşqunun qadın paltarında çəkildikləri reklam lövhələri paytaxt küçələrindən yığışdırılıb. Bu barədə Modern.az-a qadın paltarı geyindikləri üçün aktyorları tənqid edən millət vəkili Fazil Mustafa bildirib.  Deputat daha sonra "Bu şəhərdə" yumoristik layihəsinin mart ayında keçiriləcək konsertində Rafael və Coşqunun onu parodiya edəcəyi ilə bağlı deyilən fikirlərə münasibət bildirib. F.Mustafa aktyorların onu parodiya etmələrinə normal baxdığını bildirib.

“Bakı şəhər İcra Hakimiyyəti mənim müraciətimə cavab verməyib. Amma mən bildiyim qədər onların reklamları artıq küçələrdən yığışdırılıb. O ki qaldı onların öz konsertlərində məni parodiya etmələrinə, mən buna normal yanaşıram. Mən kişilərin qadın paltarı geyinməsinin əleyhinə çıxmışdım. Biz kişilərə qadın paltarı geyinməyi tərgidə biləcəyiksə, bu işdir. Amma kimsə parodiya hazırlayırsa, heç bir problem yoxdur. Bu onların hüququdur. Biz də çalışarıq ki, maraqlı tragediya ortaya qoyaq”.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa bir müddət əvvəl Rafael İsgəndərov və Coşqun Rəhimovu qadın paltarı geyindiyi üçün sərt tənqid edərək onların çəkildikləri reklam lövhələrinin paytaxt küçələrindən yığışdırılması üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı  Hacıbala Abutalıbova müraciət ünvanlamışdı.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü