Müxalifət partiyaları yenidən toplanacaq
“İctimai Palata kütləvi aksiyalarla bağlı hazırlığa başlayacaq” Bu barədə Modern.az-a Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı məlumat verib. G.Aslanlının sözlərinə görə, “Sərbəst toplaşmaq haqqında” qanuna edilən dəyişikliklərə baxmayaraq müxalifət əzmkar mövqeyindən geri dönməyəcək.
“Bu məsələ hər zaman bizim diqqətimizdədir. Partiyalar daxilində, o cümlədən İctimai Palatanın Koordinasiya Şurasında bu məsələ müzakirə olunacaq və müvafiq qərarlar veriləcək. Həmçinin qeyd edim ki, hüquqşünaslara yeni dəyişikliyinin mahiyyətinin araşdırılması tapşırılıb. Həftə sonu və gələn həftədən etibarən bu məsələlərin müzakirəsinə başlanılacaq”, - deyə Müsavat funksioneri bildirib.
Anar RÜSTƏMOV