Modern.az

YAP rəsmisi İsa Qəmbərə qoşulan meyxanadan danışdı: “Çastuşka” oxusunlar”

YAP rəsmisi İsa Qəmbərə qoşulan meyxanadan danışdı: “Çastuşka” oxusunlar”

9 Yanvar 2013, 13:06

Yeni Azərbaycan Partiyasının (YAP) Müsavat başqanı İsa Qəmbərlə bağlı sosial şəbəkələrdə geniş rezonans doğuran meyxanaya münasibəti gecikmədi. Partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Modern.az-a açıqlamasında İsa Qəmbərə qoşulan meyxananın gülünc olduğunu bildirib. YAP rəsmisinin sözlərinə görə,  Müsavat başqanı seçkilərə meyxana ilə getməklə öz bəsitdiyini nümayiş etdirir.

 “İsa Qəmbərin namizədliyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. O, bizim üçün zəif namizədlərdən biridir. Sözsüz ki, seçkilərdə də məğlub olacaq. Artıq bilmirlər nə edirlər. İstəyirlə meyxana desinlər, istəyirlər çastuşka oxusunlar. Görünür onlar da öz kampaniyalarını meyxana ilə aparırlar. Siyasətdə yer tapa bilmədikləri üçün meyxana ilə populyarlaşmaq istəyirlər. Biz siyasətlə məşğuluq. Qarşımızdakı şəxsi də siyasətçi kimi görmək istəyirik. Hesab edirəm ki, meyxana ustaları İsa Qəmbərə qoşulan meyxanaya qiymət verə bilərlər.  Onların meyxanaları da, hay-küyləri də mənasızdır. Məğlubiyyət onların alnına yazılıb”.

Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbərin yanvarın 7-də Azadlıq Radiosunun “İşdən sonra” verilişindəki müsahibəsindən sonra Faceboook sosial şəbəkəsində bir çox tanınmış şəxslərin iştirakı ilə meyxana deyişməsi olub. Gənc yazar Günel Mövludun açdığı “Azadlıq-da Xədicə göynən gedir, İsa Qəmbər seçkiyə nəynən gedir?” qafiyəsinə bir çox tanınmış şəxslər, jurnalistlər meyxana deyiblər. 

Anar Rüstəmov

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi