Modern.az

Sabir Rüstəmxanlıdan ittihamlara CAVAB: “Bəhmən Sultanlının gəzmədiyi partiya qalmayıb”

Sabir Rüstəmxanlıdan ittihamlara CAVAB: “Bəhmən Sultanlının gəzmədiyi partiya qalmayıb”

10 Yanvar 2013, 13:12

Vətəndaş Həmrəyliyi Partiyasının sədri (VHP), millət vəkili  Sabir Rüstəmxanlı keçmiş müşaviri Bəhmən Sultanlının onun haqqında səsləndirdiyi ittihamlara cavab verib. Deputat Modern.az-a açıqlamasında Bəhmən Sultanlının partiya sıralarından xaric edilməsinin doğru addım olduğunu bildirərək, haqqında səsləndirilən iradları cəfəngiyat adlandırıb. S.Rüstəmxanlı həmçinin keçmiş müşavirinin VHP-də “Talış-Muğan Respublikası” əraizisinə aid rayonlardan adamları yığışması haqda fikilərinə də cavab verib:

“Bəhmən Sultanlının neçə illərdir gəzmədiyi partiya qalmayıb. Bundan əvvəl də çıxıb getmişdi, sonra peşman olub qayıtdı. Onun dedikləri, yazdıqları əhəmiyyətsizdir. Təbii ki, mən Yardımlıdan olduğuma görə, mənim ətrafımda qohum-əqrəbam, məni istəyənlərin sayı çox olacaq. Biri də elə Bəhmən Sultanlıdır.

Qoy o, elə bilsin. Pariya mənim şəxsi əmlakım deyil ki? Partiyada kifayət qədər yeni gənclər, istedadlı insanlar var. Partiyanı mən monopoliya kimi təsəvvür etmirəm. Mən xəstə olanda o, durub gərəksiz, böhtan dolu yazılar yazıb. Ən azı insani baxımdan o gözləməli idi, mən gəlim. Görünür o, öz başı ilə, öz ağlı ilə hərəkət eləməyib. Ən azından gözləyə bilərdi ki, mənimlə söhbət eləsin. Ona görə də Bəhmənin partiyadan getməsi yaxşıdır və buna sevinirəm. O, artıq yaşa dolub, yəqin bu baxımdan psixologiyasında görünür müəyyən dəyişikliklər var”,- deyə deputat  ittihamlara cavab verib.

Qeyd edək ki, VHP-dən çıxarılan partiya sədrinin müşaviri  Bəhmən Sultanlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Sabir Rüstəmxanlının rəhbərlik etdiyi partiyada özbaşnalıq baş alıb gedir. Hətta partiyada “Talış-Muğan Respublikası” əraizisinə aid rayonlardan adamları yığıb Siyasi Şura üzvü eləyiblər. O həmçinin qeyd edib ki, VHP Sabir Rüstəmxanlının əlindən faktiki olaraq çıxıb, partiya işğal olunub.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!