Modern.az

Mehriban Əliyeva I Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri oldu - SİYAHI

Mehriban Əliyeva I Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri oldu - SİYAHI

Ölkə

17 Yanvar 2013, 19:24


Yanvarın 17-də prezident İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilib ki, 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi böyük tarixi hadisədir. Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir.

Ölkə başçısının sərəncamına əsasən, 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Mehriban Əliyeva - Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri

Təşkilat Komitəsinin üzvləri

Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri

Əli Əsədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini

Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Baba Rzayev - “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru

Ağacan Abiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Fərhad Hacıyev - Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru

Mikayıl Cabbarov - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi

İlham Mədətov - XXIX və XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin katibi)

Namiq Abdullayev - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Zemfira Meftaxetdinova - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Fərid Mansurov - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Elnur Məmmədli - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Toğrul Əsgərov - Olimpiya çempionu

Şərif Şərifov - Olimpiya çempionu.

***

Gənclər və İdman Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə birlikdə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi tədbirlər planını hazırlayıb Təşkilat Komitəsinə təqdim etmək tapşırılıb.

Təşkilat Komitəsi I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etməlidir.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?