Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev bu gün mətbuat konfransı keçirib. Modern.az-ın məlumatına görə, K.Əliyev bildirib ki, ötən il ərzində özəl qurumlarda 32 korrupsiya faktı ilə əlaqədar cinayət işi qeydə alınıb:
“Təhsil sahəsində – 19, bank üzrə – 13, Kənd Təsərrüfatı Nazirliyində – 8, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində – 7, yerli icra hakimiyyətin orqanlarının rəhbər işçiləri barəsində – 6, mədəniyyət və turizm sahəsində – 5, səhiyyədə – 4, prokuror orqanlarında – 3, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində – 2, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində – 2, “Azərenerji”də – 2, mənzil-kommunal təsərrüfat sahəsində – 2, Əmlak Məsələləri Dövlət Komitəsində – 3 və nəqliyyat sahəsi üzrə – 1 cinayət işi məhkəməyə göndərilib”.