Modern.az

Müsavat: “İsa Qəmbəri Lənkərana dəvət edən adamlar var, görüş olmalıdır”

Müsavat: “İsa Qəmbəri Lənkərana dəvət edən adamlar var, görüş olmalıdır”

25 Yanvar 2013, 11:15

“Müsavat Partiyasının səfər proqramının əsas mahiyyəti Lənkəran rayon təşkilatının 20 illik yubiley tədbirində iştirak etməkdir”. Bunu Modern.az saytına açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib. Onun sözlərinə görə, səfər zamanı Lənkəran ziyalıları, dindarları ilə görüş də planlaşdırılır.

“Əgər  Lənkəran İcra Hakimiyyəti ağlını başına yığıb yer verəcəksə, həmin tədbir qapalı yerdə olacaq. Yenə deyirəm, bizim əsas məqsəd yubiley tədbirində olmaqdır. Qalan məsələlər isə hakimiyyətin münasibətindən asılıdır. Müsavat Partiyasının rəhbərləri də hər bir Azərbaycan Respublikasının vətəndaşı kimi, ölkənin istənilən nöqtəsinə, şəhərinə getmək hüququna malikdir. Bunun qarşısının alınmasına cəhd olunması isə qanunsuzdur. Səfər çərçivəsində həmin bölgənin ziyalıları, dindarları və İsa Qəmbəri ora dəvət edən adamlarla görüş gözlənilir. Bizim digər yerlərə də səfərimiz gözlənilir”.

Xatırladaq ki, yanvar ayının 27-də Müsavat qərargahının önündən Lənkərana səfər başlanır. Media nümayəndələri də dəvətlidir.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!