Modern.az

Nəqliyyat Nazirliyi: “Avtobuslara “qara qutu” quraşdırılacaq”

Nəqliyyat Nazirliyi: “Avtobuslara “qara qutu” quraşdırılacaq”

28 Yanvar 2013, 16:20

“Qara qutu” bu il ərzində daşıyıcı nəqliyyat vasitələrinin hər birinə quraşdırılacaq. Bu cihazlar sürücülərin iş və istirahət vaxtına nəzarət üçündür”. Bunu Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov deyib.

Nazirlik rəsmisi bildirib ki, ötən ilin sonunda bu cihazların təqdimat mərasimi keçirilib.
“Avropadan gələn daşıyıcılarda bu cihaz var. Bizim yerli daşıyıcılarda isə bunlar tam olaraq quraşdırılacaq. Çünki o cihazlar olmadan sürücülərin iş və istirahət rejiminə necə əməl etməsinə nəzarət etmək olmaz. Bununla bağlı dünyada qəbul olunmuş normalar var. Belə ki, sürücü həftə ərzində 56 saatdan artıq avtonəqliyyat vasitəsini idarə edə bilməz. Sürücü 4-5 saatdan bir idarə etdiyi avtobusdan düşüb dincəlməlidir. Bütün bunlar hamısı həmin cihazda yazılıb qeydə alınır və həmin yazıları oxuyan mütəxəssislər olacaq. Tutaq ki, haradasa bir qəza baş veribsə, orada baxılacaq ki, görəsən həmin sürücü istirahət və iş rejiminə əməl edib ya yox. Bu cihazla insan amili yoxlanılacaq”.

N. Həsənov bildirib ki, bu il görülən işlər daha da sürətləndiriləcək və “İntellektual İdarəetmə”nin ikinci hissəsi tətbiq olunacaq.

“Məlum olduğu kimi, eyni xətt üzrə işləyən avtobuslar xətdən kənarlaşdırılıb. Sərnişindaşımada 174 marşrut xətti saxlanılıb. Bu marşrut xətləri üzrə 2421 avtobus fəaliyyət göstərir. Bunlardan 1423-ü iritutumlu, 985 ortatutumlu, 13 isə xırda tutumludur”, – deyə nazirlik rəsmisi əlavə edib.

Anar Kəlbiyev
Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!