Alyansdan rəsmi açıqlama: “Hərbi kontingentin Əfqanıstandan Avropaya geri daşınması üçün Azərbaycan mühüm həlqə ola bilər”
“NATO Əfqanıstandan qoşunlarını çıxarmaq üçün Azərbaycan ərazilərindən istifadə edilməsi üçün Bakı ilə danışıqlar aparır”. Modern.az bildirir ki, bu barədə NATO-nun Cənubi Qafqaz üzrə koordinatoru Uliyam Laxua bildirib.
Laxua qeyd edib ki, aparılan danışıqların gündəliyinə Əfqanıstandan ABŞ hərbiçilərinin, həmçinin azərbaycanlı sülhməramlıların 2014-cü ildən sonra çıxarılması daxildir.
“Azərbaycan-bu prosesin bir hissəsidir. Bu ökə qoşunların çıxarılması üçün potensial əraziyə malik ölkədir. Ona görə də, hərbi kontingentin Əfqanıstandan Avropaya geri daşınması üçün Azərbaycan mühüm həlqə ola bilər”-deyə koordinator vurğulayıb.
Rus hərbi ekspertləri bu bəyanatı ABŞ-ın Azərbaycan ərazilərindən İrana qarşı istifadə cəhdi kimi qiymətləndiriblər. “Pentaqon hərbi qüvvələrini Azərbaycanda dislokasiya etməklə Xəzərə birbaşa çıxmaq imkanı əldə edir. Bu isə Pentaqonun Rusiyaya aid Şimali Qafqaza çıxması deməkdir”-deyə təhlildə vurğulanr.
X. SƏFƏROĞLU