Modern.az

DİN-dən Hafiz Hacıyevin “qulaqkəsmə” bəyanatına SƏRT mövqe

DİN-dən Hafiz Hacıyevin “qulaqkəsmə” bəyanatına SƏRT mövqe

11 Fevral 2013, 15:57

“Heç kimin hər hansı şəxsi özbaşına mühakimə etmək hüququ yoxdur”

“ Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin yaydığı məlumatla bağlı bizdə hər hansı rəsmi məlumat yoxdur. Amma kimliyindən, dinindən, irqindən, sosial mənsubiyyətindən, cəmiyyətdə tutduğu vəzifədən asılı olmayaraq, heç kimin hər hansı bir şəxsi özbaşına mühakimə etmək hüququ yoxdur”.

Bu sözləri Modern.az-a açıqlamasında DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qərarı ilə bağlı şərh edərkən deyib.

"Bununla əlaqədar yayılmış məlumatlar tərəfimizdən araşdırılacaq və araşdırmaların nəticəsinə uyğun olaraq qanuna müvafiq formada tədbirlər görüləcək”-deyə O.Mansurzadə qeyd edib.

Xatırladaq ki, Müasir Müsavat Partiyasının İdarə Heyəti və Gənclər Təşkilatı növbədənkənar toplantı keçirərək yazıçı Əkrəm Əylislinin qulağının kəsilməsi barədə qərar verib. Yazıçının qulağının kəsilməsi qərarının icrası partiyanın gənc üzvlərinə tapşırılıb. Partiya sədri Hafiz Hacıyev  qərarı icra edəcək gəncə 10 min manat mükafat da ayırdığını da bildirib.  

Gültəkin ƏLƏSGƏR 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!