Modern.az

Gürcüstan parlamentindən Söyün Sadıqova xəbərdarlıq: “Azərbaycanlılardan uzaq ol!”

Gürcüstan parlamentindən Söyün Sadıqova xəbərdarlıq: “Azərbaycanlılardan uzaq ol!”

25 Fevral 2013, 17:18

Gürcüstan Parlamentindən Söyün Sadıqova xəbərdarlıq: “Azərbaycanlılardan uzaq ol!”

Riyada yaşayan azərbaycanlı iş adamlarının birgə yaratdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) əsas siyasi fiqurlarından olan, zaman-zaman mətbuata verdiyi açıqlamaları ilə böyük səs-küy yaradan Söyün Sadıqovun Gürcüstanda yaşayan azərbaycanlılarıdan ibarət siyasi partiya qurmaq planı hazırladığı məlum olub.

Xəbər verdiyimiz kimi, Rusiya Azərbaycanlılarının Mədəni-Milli MuxtariyyətiAzerRos”un prezidenti postundan istefa verdikdən sonra siyasi fəaliyyətə başlayan S.Sadıqovun “Borçalı” siyasi partiyası yaradacağı bildirilirdi. S.Sadıqovun bu addımına etiraz edən Borçalı ictimaiyyəti ona siyasi partiya yaratmağa imkan verməyəcəklərini deyirlər. S.Sadıqovun Gürcüstanda siyasi partiya yaratmaqda əsas məqsədinin borçalıları öz ətrafında toplayaraq Gürcüstan hakimiyyətinə qarşı çıxmaq və muxtariyyət iddiası qaldırmaq olduğu qeyd edilir.  

Məsələyə Gürcüstan Parlamentinin azərbaycanlı üzvü Əli Məmmədov münasibət bildirib. Deputat Modern.az-a açıqlamasında Söyün Sadıqovla bağlı bəzi məsələlərdən xəbərdar olduğunu deyərək, ondan Gürcüstanda yaşayan soydaşlarımızı öz əməllərinə alət etməməyə çağırıb. Gürcüstan parlamentinin üzvü deyib ki, S.Sadıqov borçalılardan ibarət partiya yaratmağa cəhd etsə belə, rəsmi Tiflis buna icazə verməyəcək.

“Fərq etmək Söyün Sadıqov və ya digərləri, onlar Gürcüstan yaşayan insanlar arasında qarşıdurma yaratmağa cəhd edə bilməzlər. Təbii ki, Söyün Sadıqovun məqsəd və məramı hər kəsə məlumdur. Onun Gürcüstanda partiya yaratmaq fikri olsa belə, hakimiyyət buna imkan verməyəcək. O Rusiya vətəndaşıdır, Rusiyanın maraqlarına xidmət edir. Biz onun siyasi strategiyasından xəbərdarıq. Bir azərbaycanlı kimi burada sabitliyin pozulmasına cəhd edən istənilən şəxsə, o cümlədən Söyün Sadıqova belə bir əməli olarsa, etiraz edəcəyik”-deyə deputat vurğulayıb.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!