Modern.az

Fransa Milli Assambleyasında ermənilər iki azərbaycanlı tələbəni döyüblər - FOTOLAR

Fransa Milli Assambleyasında ermənilər iki azərbaycanlı tələbəni döyüblər - FOTOLAR

27 Fevral 2013, 09:28

Hadisə fransız deputat Fransua Roşeblanın iştirakı ilə baş verib

Dünyanın müxtəlif ölkələrində, o cümlədən Fransada keçən əsrin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsinin 21-ci ildönümünün qeyd edilməsinə cavab olaraq, Fransanın Milli Assambleyasının binasında bu ölkədəki erməni icmasının nümayəndələri qurumdakı Fransa-Ermənistan dostluq qrupunun üzvləri ilə birlikdə “Sumqayıt hadisələrindən 25 il sonra: hazırki vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” mövzusunda yığıncaq keçirilib.

Modern.az AzərTAc-a istinadən bildirir ki, 40 nəfərin iştirak etdiyi yığıncaqda “Sumqayıt hadisələri” zamanı “həlak” olan ermənilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən orada iştirak edən Parisdəki “Azərbaycan evi”nin sədri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov ayağa qalxmayıblar. Ermənilərin Sumqayıtda baş verən hadisələrə iftira və yalan donu geydirmələrinə, həqiqəti gizlədərək ölkəmizə qarşı böhtan yağdırmalarına dözməyən M.Fətəliyeva əsl genosidin-Xocalı faciəsinin məhz bu gün baş verdiyini bəyan edib.

M.Fətəliyevanın sözləri erməniləri qəzəbləndirib və onlar hər iki azərbaycanlını möhkəm döyərək ağır bədən xəsarəti yetiriblər. Təəccüblü burasındadır ki, bu hadisələr Fransanın Avropa Şurası Parlament Assambleyasındakı deputat qrupunun üzvü Fransua Roşeblanın iştirakı ilə baş verib. AŞPA-nın yığıncaqlarında ölkəmizə qarşı qara yaxmaqda ad çıxaran və ermənipərəst mövqeyi ilə seçilən, demokartik və söz azadlığının bərqərar olduğu bir ölkənin vətəndaşı olan bu üzdəniraq deputat hadisə zamanı vəhşiləşmiş ermənilərlə birlikdə azərbaycanlıların döyülməsinə fitva verib.

Hadisə yerinə dərhal polis çağırılıb. Ağır vəziyyətdə xəstəxanya çatdırılan Mirvari və Vüsal həkim müayinəsindən keçiriliblər. Həkimlər iki qabırğası sındırılan Vüsalın vəziyyətinin ağır olduğunu bildiriblər.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və digər əməkdaşlar ermənilər tərəfindən xəsarət yetirilən soydaşlarımıza baş çəkib və onların vəziyyəti ilə maraqlanıblar.






Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!