Bakı Dövlət Universitetinin (BDU) müəllimlərin əməkhaqqısını artırıb. Bu barədə Modern.az saytına məlumat verən BDU-nun iqtisadi məsələlər üzrə rektor köməkçisi Məzahir Sultanovun sözlərinə görə, universitetin xüsusi vəsaiti hesabına müəllimlərə dövlətdən əlavə maddi yardım verilir.
“Həmin maddi yardımın məbləğini öz vəsaitimiz hesabına müəyyən kateqoriyalar üzrə qaldırmışıq. Artım ən çox da müəllimlərə, dosentlərə, professor-müəllim heyətinə, dekanlara, dekan müavinlərinə şamil olunub. Artım hardasa 50-100 manat arasında dəyişir”.
M.Sultanovun sözlərinə görə, bu dəyişiklik fevral ayının 1-dən qüvvəyə minib. “Müəllimlər fevralın əməkhaqqısını alarkən bu dəyişikliyi hiss edəcəklər”.
Rektor köməkçisi bildirib ki, növbəti belə artım yeni tədris ilində olacaq.
“Sentyabrın 15-dən sonra bir də artım olacaq və yəqin ki, bu, hamıya şamil olunmayacaq. Artım tanınmış professor-müəllim heyətinin, dosentin, baş müəllimin, müəllimin əldə etdiyi elmi göstəricilərə, onun xaricdə çap olunmuş məqalələrinə, dərs demək metodikasına görə fərqlənəcək”.
Aytən Əliyeva