Modern.az

Prezident üç rayonun icra başçısını işdən çıxardı

Prezident üç rayonun icra başçısını işdən çıxardı

Ölkə

4 Mart 2013, 19:33

Modern.az saytı xəbər verir ki, prezident İlham Əliyevin sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov tutduğu vəzifədən azad edilib.

Vidadi Məhərrəmov 25 sentyabr 2006-cı il tarixdən bu günədək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı postunu tuturdu.

Ölkə başçısnın digər sərəncamı ilə Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Aqil Məmmədov bu təyinatadək Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini postunu tuturdu.

***

Prezident İlham Əliyevin sərəncamı ilə Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov da işdən çıxarılıb.

Ölkə başçısnın digər sərəncamı ilə Akif Səlimov Laçın rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

***

Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra Hakimiyyətinin başçısı Abbasqulu Cəfərqulu oğlu Abbasov tutduğu vəzifədən azad edilib.

Ölkə başçısının digər sərəncamı ilə Həbib Hüseyn oğlu İbrahimov bu posta təyinat alıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!