Modern.az

Pirallahı rayonunun ilk icra başçısı Vasif İmanov kimdir?

Pirallahı rayonunun ilk icra başçısı Vasif İmanov kimdir?

7 Mart 2013, 23:01



Modern.az
saytının məlumatına görə, martın 7-də prezident İlham Əliyev Bakı şəhərinin yeni - 12-ci rayonuna icra başçısı təyin edib.
Ölkə başçısnının sərəncamı ilə Vasif Həsən oğlu İmanov Pirallahı rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.
Yeni rayonun ilk icra başçısı haqqında ictimaiyyət məlumatlı deyil. Maraqlıdır, Vasif İmanov kimdir?

Modern.az saytına məlum olub ki, Pirallahı rayonu İcra Hakimiyyətinin başçısı V.İmanov bu təyinatadək uzun müddət neft sənayesi sahəsində çalışıb. Belə ki, o, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəis müavini vəzifəsini tutub.

Vasif İmanov 2001-ci ilin sentyabrında Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə də təltif edilib.

Qeyd edək ki, Pirallahı rayonu prezidentin 21 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. Həmin fərmanla Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin əsasında Pirallahı rayonu təşkil edilib. 3 inzibati-ərazi vahidinə malik olan Pirallahı Bakının sayca 12-ci rayonu olun. Bu rayonun inzibati ərazisində ümumilikdə 18.000 əhalinin yaşadığı bildirilir.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!