Modern.az

Bugünkü aksiyada tutulanların SİYAHISI

Bugünkü aksiyada tutulanların SİYAHISI

10 Mart 2013, 18:35

Bu gün paytaxtın Fəvvarələr Meydanında Azərbaycanda əsgər ölümlərinə etiraz olaraq aksiya keçirilib. Modern.az-ın məlumatına görə, “Əsgər ölümlərinə son” şüarı altında keçirilən aksiya zamanı xeyli sayda nümayişçi saxlanılıb.

Müsavat Partyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aksiya zamanı  Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Rauf Məmmədli,  Müsavat Gənclər Təşkilatının üzvləri Ayaz Xəlilzadə, Ağababa Məmmədov, Azər Sadıqov, Şamil Beydulla və Fərid adlı  gənc polis tərəfindən saxlanılıb.  Müsavat Gənclər təşkilatının üzvü Nicat Əmiraslanov martın 9-da  özünü Səbayel Rayon 20-ci polis bölməsinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən polis bölməsinə aparılıb. Onun harada saxlanmasına dair hələ də məlumat yoxdur.         

Aksiya zamanı jurnalist Xədicə İsmayıl, REAL hərəkatının üzvü Erkin Qədirli, hüquq müdafiəçisi İntiqam Əliyev də saxlanılıb. Aksiyaçılarının bir hissəsi Yasamal, digərləri Nəsimi və Səbael rayon Polis İdarələrinə aparılıb.

A.RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!