Modern.az

Tibb Universitetində maaşlar artıb, yeni tədris ilində də artırılacaq

Tibb Universitetində maaşlar artıb, yeni tədris ilində də artırılacaq

Ölkə

13 Mart 2013, 13:42



“Ötən il daxili vəsait hesabına müəllimlərimizin əməkhaqlarında 35 faiz artım olub. Növbəti, yəni 20132014-ci tədris ilində də daxili vəsait hesabına müəllim-professor heyətinin maaşında yeni və ciddi artım olacaq. Bununla bağlı artıq hazırlıq işlərinə başlanılıb”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanov bildirib. Onun nsözlərinə görə, əməkhaqlarının artırılması praktikası ATU-da keçən ildən mövcuddur.

Qeyd edək ki, bir müddət öncə Bakı Dövlət Universitetində xüsusi vəsait hesabına müəllimlərin əməkhaqlarında artım olmuşdu.  

Aytən Əliyeva
 
Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!