“Rüstəm İbrahimbəyovun səhhətində ciddi problem yoxdur. Hər şey qaydasındadır” Bunu Modern.az-a açıqlamasında Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev bildirib. Ötən gün Rüstəm İbrahimbəyovun xəstəxanaya yerləşdirildiyini deyən E.Quliyev hazırda kinodramaturqun özünü yaxşı hiss etdiyini deyib:
“Rüstəm İbrahimbəyovun dünən börəyində kəskin ağrılar olub. Təcili yardımla xəstəxanana aparılıb. Müəyyən tədbirlər görülüb. İndi səhhəti yaxşıdır. Özünü normal hiss edir. Heç bir problem yoxdur”.
Qeyd edək ki, ötən gün Fransanın Marsel şəhərində kinofestivala qatılan Ziyalılar Forumunun lideri Rüstəm İbrahimbəyovun səhhəti anidən pisləşərək xəstəxanaya yerləşdirilib. Həkimlərin ilkin müayinəsi zamanı kinodramaturqun böyrəyində problemin olduğunu məlum olub.
Anar RÜSTƏMOV