Modern.az

TQDK buraxılış imtahanı keçirir

TQDK buraxılış imtahanı keçirir

Ölkə

17 Mart 2013, 12:01

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün respublikanın bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirir. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, imtahanlar qurum tərəfindən ilk dəfədir ki, keçirilir.

Ölkənin 23 şəhər və rayonunda keçirilən imtahanlarda 4910 peşə liseyi məzununun iştirakı nəzərdə tutulur. Ümumilikdə 29 imtahan mərkəzində baş tutan imtahanları idarə etmək üçün 38 imtahan rəhbəri, 428 zal nəzarətçisi ayrılıb. İmtahan bütün binalarda eyni vaxtda - 12:00-da başlanıb.

Buraxılış imtahanları test üsulu ilə 2 fənn üzrə - ana dili və riyaziyyat fənlərindən keçirilir. İmtahan 2 saat müddətində aparılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!