Modern.az

Rəsul Quliyev Rəhim Qazıyevə qahmar çıxdı: “O, heç vaxt vətəninə xəyanət etməyib”

Rəsul Quliyev Rəhim Qazıyevə qahmar çıxdı: “O, heç vaxt vətəninə xəyanət etməyib”

Ölkə

22 Mart 2013, 16:49

 “Rəhim Qazıyev bir çoxlarından fərqli olaraq bir sifəti olan, kifayət qədər obyektiv vətənini, torpağını sevən bir adamdır. O istənilən hakimiyyətdə  sözünü deyib və üstündədə dayanıb” Modern.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev sosial şəbəkələr vasitəsilə ona ünvanlanan sualları cavablandırarkən bildirib.

Milli Məclisin sabiq sədri Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevə qahmar çıxaraq onu vətənə xəyanətdə günahlandıran insanlara sərt cavab verib:

“Rəhim Qazıyev bir çoxlarından fərqli olaraq bir sifəti olan, kifayət qədər obyektiv vətənini torpağını sevən bir adamdır. O istənilən hakimiyyətdə  sözünü deyib və üstündədə dayanıb.Ona görədə faktiki onu heç bir hakimiyyət sevməyib. Guya torpaqları atıb, kiməsə peşkəş edib və ya separat danışıqlar aparıb kimi yalançı iddiaları ona yapışdırmaq mümkün deyildir. O vəzifə naminə Azərbaycan xalqına  xəyanət etməyi bacarmayan az saylı insanlardan biridir”.

R.Quliyev daha sonra onun Azərbaycanda müşavirinin olub-olmaması ilə bağlı sualı cavablandırıb. 

“Doğrusu əslində Azərbaycanda mənim müşavirim məsələsi partiya aktiv fəaliyyətə başlayandan sonra əhəmiyyətini itirib. Faktiki partiyanın hər bir aktiv üzvü mənim müşavirim funksiyasını yerinə yetirir. Mən partiyanın bəzi üzvülərinə həmdə fərdi şəkildə müəyyən işləri tapşırıram. Liderin müşaviri vəzifəsi artqı yoxdur”-deyə R.Quliyev bildirib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var