12 mart Azərbaycanda Daxili Qoşunların yaranmasının növbəti ildönümüdür.
Birinci Qarabağ müharibəsi zamanı Ddaxili Qoşunların şəxsi heyətindən 496 nəfər şəhid olub, 268 əsgər itkin düşüb, 1166 nəfər isə yaralanıb. Müharibədə göstərdikləri qəhrəmanlığa görə Daxili Qoşunların 9 hərbi qulluqçusu (8-i ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 1738 nəfər isə müxtəlif dövlət mükafatı ilə təltif olunub.
Daxili Qoşunlarda xidmət keçmək üçün zabitlərin hazırlanması Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbində həyata keçirilir. Qoşunların gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla komplektləşdirilməsi əsasən həqiqi hərbi xidməti başa vurduqdan sonra xidmətini davam etdirməyə öhdəlik vermiş şəxslərin hesabına həyata keçirilir.
Kiçik komandir və mütəxəssislərin hazırlanması 3 ay müddətində həyata keçirilir və kursları bitirdikdən sonra onlar xidmətlərini davam etdirmək üçün hərbi hissələrə göndərilirlər. Azərbaycan Respublikasının Konstitusiyasına və «Hərbi xidmət keçmə haqqında Əsasnamə»yə əsasən, Daxili Qoşunlarda ali təhsilli şəxslər üçün xidmət müddəti 12 ay, digər şəxslər üçün isə 18 aydır.
Daxili Qşunların fəaliyyəti dövründə bir sıra xarici ölkələrin qoşun növləri ilə əməkdaşlıq edilib. Bu gün Azərbaycan Daxili Qoşunlarının Türkiyə, Çin, ABŞ və digər dövlətlərinin silahlı qüvvələri ilə əməkdaşlıq əlaqələri mövcuddur. Modern.az