Modern.az

Rəsul Quliyev müxalifəti ələ saldı: “Onların çörəkləri boş-boş danışmaqdan çıxır” - QALMAQAL

Rəsul Quliyev müxalifəti ələ saldı: “Onların çörəkləri boş-boş danışmaqdan çıxır” - QALMAQAL

31 Mart 2013, 18:08

Azərbaycanın eks-spikeri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin ətrafında qalmaqal səngimək bilmir. Müsavat rəsmisi Arif  Hacılı ilə yaşadığı söz davasından sonra mətbuatda kəskin tənqidlərə məruz qalan eks-spiker bu dəfə digər müxalifət liderlərinin bostanına daş atıb.

Modern.az-ın məlumatına görə, R.Quliyev illərdir müxalifətdə olan bəzi liderlərin mənasız çıxışlardan başqa ayrı bir iş görmədiklərini deyib.

“Özlərini müxalif liderlər adlandıranlar var ki, yaşları 50-ni keçməsinə baxmayaraq, gördükləri işləri ardıcıllıqla toplasan, bir vərəq kağıza sığışar. O vərəqdə də sadəcə olaraq nə vaxt anadan olub və nə vaxt institutu qurtarıb və 23 ildir Azərbaycan dilində heç bir əhəmiyyət kəsb etməyən çıxışlar etməkdən başqa bir şey tapıb yazmaq mümkün deyil. Bu insanlar görmədikləri, hətta eşitmədikləri işlərdən saatlarla danışa bilərlər. Bu tip adamlar ona heç kimin qulaq asmadığına, artıq dediklərindən bezdiklərinə fikir vermədən danışacaqlar, çünki başqa iş bilmirlər, çünki çörəkləri ondan çıxır.
Bu tip insanlara istənilən real və konkret iş tapşırılsa, o iş dağılacaq, çünki insan ancaq danışmaqda, ona-buna böhtan atmaqda pərgardır. Belə tip adamlara demokratiya uğrunda mübarizə aparıb qələbə çalmaq tapşırılsa, aydın məsələdir ki, o, ölkədə demokratiyanın vəziyyəti necə olmalıdır. Bu adamlar kiminsə real nəticə verən işlərini öz adlarına çıxmaqda ustadıdırlar».

“Mənim adımı çəkməklə özlərini reklam edirlər”

R.Quliyev daha sonra Müsavat funsioneri Arif Hacılı və eləcə də digər siyasətçilərlə yaşadığı qalmaqala münasibət bildirib:

“Elmdə davamçı olmalıdır. Bir təqdiqatçının işini başqası davam  etdirməlidir. Mənim üçün maraqlıdır, özlərini kimlərinsə davamçısı adlandıranlar "kimin və hansı yeni bir ideologiyanı davam etdirirlər və onu hara aparıb çıxarıblar" sualına cavab verə bilərlər?
Mənim yazılarımda heç kimin adı çəkilmir. Elə adlar var ki, həqiqətən camaatın diqqətini o adlara cəlb etməyi özümə layiq bilmirəm. Ancaq bu insanlar özləri özlərini mənim yazılarımda tapıb və artıq birbaşa mənə hucuma keçirlər. Aydın məsələdir,  mənim adımı yazmaqla müəyyən sayda oxucu kütləsinin diqqətlərini cəlb edə bilirlər. Ancaq bir-iki gün diqqəti cəlb etməklə yaşadığın mənasız həyatını canlandıra bilməzsən”.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi