
AXCP sədri Əli Kərimlinin atasının fotosu ilk dəfə KİV-də yayımlanıb.
Modern.az bildirir ki, partiya üzvləri Saatlı rayonunda olarkən AXCP sədrinin atası Əmirhüseyn Kərimovla görüşüblər. Partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Adilov görüşdən çəkilən fotoları sosial şəbəkədəki səhifəsində paylaşıb.
Əmirhüseyn Kərimov oğlunun siyasi fəaliyyətini izlədiyini bildirib və Əli Kərimli ilə fəxr etdiyini deyib. “Əlini halal zəhmətlə böyütmüşəm. Allah da onu qoruyur”-deyə Əmirhüseyn Kərimov vurğulayıb.
Modern.az