Tanınmış politoloq, Azərbaycanın keçmiş dövlət müşaviri Vəfa Quluzadə “El” hərəkatının lideri Eldar Namazova dəstək verib. V.Quluzadə Modern.az saytına açıqlamasında dostu, vaxtı ilə iqtidarda birgə çalışdığı Eldar Namazovun prezidentliyə namizəd olmasının müsbət addım olduğunu bildirib.
“Seçki gəlsin, o zaman baxarıq kimlər olacaq, kimi dəstəkləyək. Eldar Namazovu mən çox yaxşı tanıyıram. O çox ləyaqətli, şəxsiyyətli insandır. Mən onun bu addımını müsbət qiymətləndirirəm”.
Xatırladaq ki, Vəfa Quluzadə 1999-cu ilin sonlarında, xarici işlər naziri Tofiq Zülfüqarov və prezident Heydər Əliyev administrasiyasının rəhbəri Eldar Namazovla bir vaxtda istefa verib.
Anar RÜSTƏMOV