Modern.az

Rafiq Əliyev “Nobel”ə namizəd olan nəzəriyyəsi ilə bağlı danışdı

Rafiq Əliyev “Nobel”ə namizəd olan nəzəriyyəsi ilə bağlı danışdı

13 Aprel 2013, 12:27

Azərbaycan elminin son zamanlar yetişdirdiyi ən dəyərli alimlərdən olan Rafiq Əliyevin sonuncu nəzəriyyəsi dünya elmində böyük rezonansa səbəb olub. “Ümumiləşdirilmiş Qərarqəbuletmə” adlanan nəzəriyyəyə dahi alim Lütfi Zadənin də rəğbətini qazanıb. Böyük alimin adını son zamanlar daha çox siyasi proseslərdə hallandıran media nəsənsə bu vacib məsələyə biganə yanaşdı. Amma həqiqət özlüyündə qalır ki, Rafiq Əliyev “Nobel” mükafatı alarsa, bu, Azərbaycanın beynəlxalq arenada qazandığı ən böyük nailiyyət olacaq. Bu məsələ ilə bağlı akademikin özüylə əlaqə saxladıq.   

- İlk dəfə jurnalist İlqar Rəsul mənimlə bağlı Lütfi Zadə ilə əlaqə saxlayarkən bu haqda söhbət edilmişdi. Onda mənim barəmdə məlum olan söz-söhbətlər başlamışdı. Zadə bildirmişdi ki, “Rafiq Əliyevin elmi işi “Nobel”in müzakirəsindədir. Sonra isə “Xəzər” televiziyasında bir proqramda bu haqda məlumat vermişdi.

“Xəzər” televiziyası bir proqramda Zadədən bu barədə soruşanda  demişdi ki, “mənim ən yaxın dostum Rafiq Əliyevdir və inşallah gözləyirəm ki, o, “Nobel” mükafatına layiq görülsün” .

“Nobel” mükafatına sahib olmaq tamam başqa proseduradan keçir. Bir də görürsən ki, bizdə bir təşkilat, ya institut yığışaraq kimisə “Nobel” mükafatına təqdim edir. Amma heç bir ölkənin, təşkilatın və qurumun kimisə “Nobel”ə təqdim etmək ixtiyarı yoxdur. Bu heç “Nobel”in əsasnaməsində yoxdur. Orda “Nobel” komissiyasının üzvləri var ki, onlar kimisə, yaxud kimlərisə daimi izləyir, seçir və onu 1 il 3 il ya 5 il ərzində araşdırır. 89 yaşında bir alim var ki, o, “Nobel” mükafatı aldı. Ona mükafat 5 illik müzakirədən sonra verildi. Əksər “Nobel”çilər alan bilmir ki , o bu mükafata layiq görülüb. Eləsi var ki, “Nobel” alma xəbərini qəzetdən oxuyub, eləsi var ki, kimsə zəng vurub ona xəbər edib. Kimsə öz işini yaxud kitabını gətirib deyə bilməz ki, buyur gətirmişəm. Onları mütəmadi olaraq izləyir, araşdırmalar aparırlar. Hərdən olur ki, alimlərdən biri məsələn deyək ki, Amerikada, Almaniyada, yaxud Yaponiyada yaşayır. Onlar heç özləri bir-birlərini tanımırlar. Sadəcə elmi işləri arasında ümumi bir əlaqə olduğundan mükafat hamısına bərabər verilir. Çox vaxt 2, ya da 3 nəfərə birləşib verirlər. Həm də “Nobel”in müzakirəsi 50 ildən sonra açıqlanır.

Modern.az “Nəzəriyyə” kitab halında çıxarkən Lütfi Zadənin Rafiq Əliyevə yolladığı məktubundan bir parçanı təqdim edir:

“Əziz Rafiq.
Göndərdiyin elmi hesabat monumental bir işdir. O, qeyri-müəyyənlik çərçivəsində qərar vermə sahəsində indiyədək görülən bütün işləri xeyli üstələyir. Fikrimcə, bu iş əsasında iqtisadiyyat üzrə “Nobel” mükafatına namizəd olmalısınız.
Qərarın təhlilinə qeyri-səlis həndəsənin (FG-nın) tətbiqi məni heyrətləndirdi. Genişləndirilimiş qeyri-səlis məntiq haqqında işimdən xeyli irəli getdin. Təqdim etdiyin əsas konsepsiyaların misallarını da çəkməlisən. Bu elmi hesabatın həm üçüncü, həm də ikinci hissəsinə aiddir. Başa düşməkdə qəlizlik olarsa, ideyalarının gücü itirilmiş olacaqdır.
NAFİPS-də mühazirən necə keçdi? İştirakınla razı oldunmu? İstərdim ki, NAFİPS-dən sonra Berkeleyə gələ biləsən ki, hesabatı daha təfərrüatı ilə müzakirə edə bilək.
Bir çox sualım var, amma onları sonrakı məktublarımda yazacağam.
Ən dərin hörmətimlə,
Lütfi”.

Elmin Nuri

Sizə yeni x var
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var