Modern.az

Kənd Təsərrüfatı Nazirliyi: “Yağışlar meyvəçiliyə ziyan vurdu, bahalıq olacaq”

Kənd Təsərrüfatı Nazirliyi:  “Yağışlar meyvəçiliyə ziyan vurdu, bahalıq olacaq”

24 Aprel 2013, 16:21

Bir neçə gündür havaların yağmurlu keçməsi kənd təsərrüfatına ciddi ziyan vurub. Ən çox ziyan isə Şimal bölgəsinə dəyib. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) şöbə müdiri Sabir Vəliyevin Modern.az-a verdiyi məlumata görə, havaların yağıntılı keçməsi Aran bölgəsində taxılın inkişafına müsbət təsir göstərsə də, pambığın, digər texniki bitkilərin əkininə ziyan vurub. Şöbə müdirinin sözlərinə görə, hava istiləşsə, yenidən səpin aparılmalıdır:

“İki dəfə səpinin aparılması isə fermerlərə baha başa gəlir. Artıq mütəxəssislərimiz yerlərdədir və vəziyyəti araşdırırlar ”.

Sabir Vəliyev onu da bildirib ki, havaların qeyri-sabit keçməsi məhsul qıtlığına səbəb olmasa da, meyvəçiliyə müəyyən qədər ziyan dəyib. Onun sözlərinə görə əsas ziyan Şimal bölgəsində çəyirdəkli meyvələrə dəyib:

“Tərəvəz yeni əkildiyindən tərəvəzə elə ciddi ziyan dəyməyib. Ən çox ziyan çəkən bölgə isə Quba–Xaçmaz rayonları olub. Həmin rayonlarda ərik və şaftalıya daha çox ziyan dəyib”.


Gültəkin ƏLƏSGƏR        

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!