Modern.az

Sərdar Cəlaloğlu qazaxlılar və qubadlılardan üzr istədi

Sərdar Cəlaloğlu qazaxlılar və qubadlılardan üzr istədi

24 Aprel 2013, 19:08

Bu gün ADP sədri Sərdar Cəlaloğlu son günlər onun adından ölkə KİV-lərində yayılan müsahibələrin cəmiyyətdə birmənalı qarşılanmaması, düzgün anlaşılmaması və cəmiyyət üzvləri arasında yaranan narahatlıqlarla bağlı açıqlama verib.

ADP mətbuat xidmətindən Modern.az saytına daxil olan açıqlamada deyilir:

“Mənim son xaxtlar Azərbaycan dövlətçiliyi və milli maraqları ilə bağlı fikir və ideyalarımı mətbuatda bəzi jurnalistlər tərəfindən bilərəkdən qərəzli, və ya bilməyərəkdən yanlış şərh etmişlər. Mənim fikirlərimin düzgün dərk edilməməsindən dərin təəssüf hissi keçirir və bu açıqlamalardan dolayı özünü təhqir olunmuş hesab edən hər bir vətəndaşdan, bu açıqlamaları tirajlamaqda jurnalist etikasını pozan mətbuat nümayəndələrinin və şəxsən öz adımdan üzrxahlıq edirəm”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!