Modern.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasına bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovun danışıqlarda tərəqqi olmadığına dair fikirlərini bölüşür və mövcud status-kvo qəbuledilməzdir:
“Mən Sergey Lavrovla razıyam. Biz əvvəlcə Praqa danışıqlarına başladıq, sonra 2007-ci ildə Madrid prinsipləri ortaya çıxdı. 2009-cu ildən prezidentlərin görüşləri başladı. Daha sonra yenilənmiş Madrid prinsipləri təklif olundu. Lakin bu danışıqlar hələlik nəticə verməyib. Biz hələlik durğunluq mərhələsindəyik ”.
E.Məmmədyarov onu da bildirib ki, mayın 17-18-də Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.
Aqşin Kərimov