YAP-dan Putinə MESAJ: “…sona qədər dayanacağıq”-
“Rüstəm İbrahimbyov Azərbaycan vətəndaşı deyil, Rusiya vətəndaşıdır. Rusiya vətəndaşının isə Azərbaycan haqqında nə danışdığı maraqlı deyil. Bu onun sözrləri deyil, onu ortaya salan qüvvələr var. Rüstəm İbrahimbəyov Rusiyanın xüsusi xidmət orqanlarna işləyir. O elə-belə proses deyil. Amma onlar Aərbyacanda heç nə edə bilməyəcklər”.
Bu sözləri Modern.az-a açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Milyardelər İttifaqının” tanınmış üzvünün KİV-ə verdiyi son müsahibəsini şərh edərkən bildirib.
S.Novruzovun sözlrinə görə, uzun illər xidmət ediyi xüsusi xidmət orqanları indi İbrahimbəyovu ortaya atıblar.
“İbrahimbəyovu Rusiya xüsusi xidmət orqanları ara qatmaq üçün ortaya atıblar. Onlar bilir ki Azərbaycanda stabil hakimiyyət var. Sadəcə müəyyən layihələr var ki, Azərbaycan ümumxalq mənafelərini nəzərə alaraq o layihələrdə iştirak etmir. Bunlar Vahid Gömrük İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və digər layihələrdir. Biz onlara qoşulmayacağıq. Prezident də bunu deyib. Bunlar xalqın maraqlarına zidd olan məsələlərdir. Buna qarşı axıra qədər dayanacağıq”-deyə YAP rəsmisi vurğulayıb.
Xaqani Səfəroğlu