Modern.az saytı xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib.
Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin gündəliyinə daxil edilən Amnistiya aktı parlamentin 7 may tarixli iclasında müzakirə olunacaq. Amnistiya aktı təşəbbüsü Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlıdır.
Modern.az “Media forum”a istinadən millət vəkili Mehriban Əliyevanın Milli Məclisə təqdim etdiyi amnistiya aktı layihəsini diqqətə çatdırır.