Modern.az

“Eldar Namazov Moskvada Rüstəm İbrahimbəyovla görüşüb” - AÇIQLAMA

“Eldar Namazov Moskvada Rüstəm İbrahimbəyovla görüşüb” - AÇIQLAMA

Ölkə

3 May 2013, 17:14

Azərbaycanda prezidentliyə namizəd, “El” hərəkatının sədri  Eldar Namazovun hələ də mətbuata açıqlanmayan Rusiya səfərinin təfərrüatları məlum olub.

Ölkəyə qayıtmasına baxmayaraq Rusiya səfəri ilə bağlı mətbuata açıqlama vermək istəməyən Eldar Namazov  Moskvada kinodramaturq Rüstəm İbrahimbəyovla görüşüb.

Bu barədə Modern.az-a “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev məlumat verib. Moskva səfərini başa vurmasına baxmayaraq Eldar Namazovla hələ də görüşmədilərini deyən E.Quliyev bəzi məsələlərdən xəbərsiz olduğunu deyib:

“Sözün açığı mən Eldar müəllimin səfərində məlumatsızam. Bir onu bilirəm ki, Eldar Namazov Moskvada Rüstəm İbrahimbəyovla görüşüb. Mən də Eldar müəllimlə görüşmədiyim üçün dəqiq deyə bilmərəm söhbət nədən gedib.Onun üçün xəbərim yoxdur. Bu sıradan bir görüş idi. Biz mütəmadi olaraq bir-birimizlə görüşürük. Rüstəm müəllim ağsaqqaldır, onunla Gürcüstanda və yaxud hər hansı bir ölkədə görüşməyimizə təbii baxmaq lazımdır”-deyə “El” rəsmisi vurğulayıb.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!