Modern.az

Tanınmış jurnalist Sevil Nuriyeva prezident İlham Əliyevdən müsahibə alıb - FOTO

Tanınmış jurnalist Sevil Nuriyeva prezident İlham Əliyevdən müsahibə alıb - FOTO

10 May 2013, 08:45


Tanınmış telejurnalist, ANS telekanalının keçmiş əməkdaşı Sevil Nuriyeva prezident İlham Əliyevdən müsahibə alıb. Müsavat.com xəbər verir ki, bu barədə məlumatı jurnalist Facebook səhifəsində verib. Onun yazdığına görə, müsahibə sənədli film üçün alınıb. Film Türkiyə və onun baş naziri Rəcəb Tayyib Ərdoğana həsr olunub. İlham Əliyev də müsahibədə Türkiyə və Ərdoğan haqqında fikirlərini bildirib. Azərbaycan prezidenti ilə yanaşı, film üçün dünyanın bir neçə ölkə liderindən müsahibələr alınması planlaşdırılır. Artıq beş dövlət başçısı ilə müsahibələr aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!