“Şəhid ailələrinin ali təhsil almış bir övladı dövlət qulluğuna imtahansız götürülməsi çox vacibdir”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanın dövlət qurumlarında 2000-dən çox vakant dövlət qulluğu vəzifəsi var. Deputat qeyd edib ki, ötən gün Milli Məclisdə bu məsələni qaldırıb.
“Artıq onların imtahan verməyinə heç bir ehtiyac yoxdur. Şəhid övladının valideyni şəhidlik adı ilə bu imtahandan keçib. Ona görə də istərdim ki, bu məsələ həll olunsun. Çünki dövlət qurumlarında kifayət qədər iş yeri var. Dövlət belə bir addım atmaqla boş iş yerlərini doldurmuş olar. Eyni zamanda şəhid ailələrinə olan qayğının bir daha şahidi olarıq”.
Modern.az