Modern.az

Etibar Məmmədovdan Rüstəm İbrahimbəyova TƏBRİK: “Milli Şuraya uğur arzulayıram”

Etibar Məmmədovdan Rüstəm İbrahimbəyova TƏBRİK: “Milli Şuraya uğur arzulayıram”

29 May 2013, 12:38

"Allah xeyir versin, uğurlar..."

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, tanınmış siyasətçi Etibar Məmmədov kinodramaturq Rüstəm İbrahimbəyovun müəllifi olduğu Milli Şuranın elan olunması ilə bağlı fikirlərini Modern.az-la bölüşüb.

E.Məmmədov Milli Şuraya fəaliyyətində uğurlar arzulayıb. “Milli Şura elan olub. Allah xeyir versin. Fəaliyyətlərində uğurlar arzu edirəm”-deyə AMİP lideri bildirib.

E.Məmmədov Milli Şurada təmsil olunub-olunmayacağı ilə bağlı suala belə cavab verib:

“Partiyaya aid sualları mənə yox, partiyaya verin”.

Qeyd edək ki, dünən müxalifət liderləri tərəfindən Milli Şuran elan olunsa da müzakirələrdə AMİP iştirak etməyib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?