Modern.az

Hikmət Hacıyev Stoltenberqin köməkçisi ilə görüşdü - YENİLƏNİB

Hikmət Hacıyev Stoltenberqin köməkçisi ilə görüşdü - YENİLƏNİB

2 May 2023, 14:12

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüşüb.

 

Modern.az xəbər verir ki, onlar Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

***

12:56

Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev Belçikanın paytaxtı Brüsseldə səfərdədir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyindən bildirilib.

 

Qeyd olunub ki, H.Hacıyev NATO Baş katibinin köməkçisi David Katler ilə görüşəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj