Modern.az

Penitensiar müəssisələrdə COVID-19 tələbi ləğv olunur

Penitensiar müəssisələrdə COVID-19 tələbi ləğv olunur

Ölkə

29 İyul 2023, 15:59

Penitensiar müəssisələrə giriş üçün COVID-19 testi tələbi ləğv olunur.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, avqustun 1-dən vəkillər, müstəntiqlər və digər şəxslər Penitensiar müəssisələrə daxil olmaq üçün koronavirus testindən keçməyəcəklər.

 

Məlumatı Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən saytımıza təsdiq ediblər.

 

Qeyd edək ki, bu günə kimi kənar şəxslər istintaq təxridxanalarına həmçinin Xidmətin müalicə müəssəsinə daxil olarkən PCR testindən keçirdilər. Bu isə mütəmadi olaraq müvəkkilləri ilə görüşə gedən vəkillər tərəfindən narazılıqla qarşılanırdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi