Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakı şəhər sakini Ayaz Bağırov saxta arayış təqdim etməklə “Bank Respublika”dan külli miqdarda kredit alıb.
Aparılan araşdırma nəticəsində məlum olub ki, adı çəkilən vətəndaş 2007 və 2008-ci illər əzində oğlu Fərruxun və qızı Aybənizin adına “Bank Respublika”dan ümümilikdə 5000 manat kredit alıb. Sonradan kreditin saxta sənədlərlə götürüldüyü məlum olub. Faktla əlaqədar 29.04.10 tarixdə Xətai RPİ-nin İstintaq Şöbəsi tərəfindən cinayət işi başlanıb.
Modern.az