Son günlər havala
rın yağışlı keçməsi Zərdab rayonundada Kürün səviyyəsinin qalxmasına səbəb olub. Son iki gündə isə Kürün səviyyəsi daha
da artaraq təhlükıni artırıb. Bu gün isə su altında qalma təhlükəsi nəzərə alınıb Zərdab rayonunun Qoruqbağı və Sarıqaya kəndlərində əhaliyə icra nümayəndəliyi xəbərdarlıq edib. Bu barədə Modern.az-a adları çəkilən kəndlərin sakinləri məlumat veriblər. Onlar bildirblər ki, həmin kəndlərin məktəblərində tədris yarımçıq saxlanılıb və şagirdlər evə buraxılıblar. Uşaqlara sabah da dərsə gəlməmək tövsiyə olunub. Zərdab rayonunun həm Qoruqbağı, həm də Sarıqaya
kəndlərində əhali təşviş içerisindədir. İnsanlar su basma təhlükəsini nəzərə alıb ev əşyalarını toplayıb və hazırlıq vəziyyətinə gətiriliblər. Kürün səviyyəsinin qalxması Salyan rayonunda vəziyyəti gərginləşdirib. Salyan rayon İcra Hakimiyyətinin Salyan şəhəri üzrə nümayəndəsi Əlipaşa Abdullayev Modern.az-a bildirib ki, hazırda burada Kürün səviyyəsi 6 metr 13 sm-dir. Çay boyu ərazilərdə qrunt suları üzə çıxıb ki, nəticədə də həyətləri su basıb. Ə.Abdullayev bəndatma işlərinin sürətləndirildiyini vurğulayıb. Salyan şəhərində, rayonun Çuxanlı, Babazənən, Qaraçala və digər kəndlərində 500-dək fərdi evin həyətini qrunt suları basıb. Bəzi yerlərdə suyun səviyyəsi 50-60 santimetrə çatıb. Yaranmış ekoloji gərginliyin aradan qaldırılması üçün bölgəyə Fövqəladə Hallar Nazirliyinin əlavə mobil qüvvəsi gətirilib. Daşqın zolağında 10-a yaxın iritutumlu su nasosu fasiləsiz işləyir. Rayon Fövqəladə Hallar Komissiyasının məlumatına görə, daşqın nəticəsində kərpicdən tikilmiş 5 ev uçub, 30-dan artıq ev qəzalı vəziyyətə düşüb, 200 hektaradək əkin sahəsi ziyan çəkib. Yerli icra orqanları əhalinin, idarə və müəssisələrin imkanlarını daşqının törətdiyi fəsadların aradan qaldırılmasına yönəldib. Həyətlərdə sakinlərə məxsus 200-dək su nasosu işə salınıb. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin yerli bölmələri sahil bəndlərinə nəzarəti gücləndirərək 2 min metrlik məsafədə əlavə sahilbərkitmə tədbirləri görmüşlər. Fövqəladə Hallar Nazirliyinin açıqlamasında bildirilib ki, Salyan, Şirvan, Sabirabad, İmişli, Neftçala, Saatlı və Zərdab rayonlarında bəzi ərazilər qrunt və yağış suları ilə dolub: "Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və texnikası həmin ərazilərin sudan təmizlənməsi və digər zəruri tədbirlərin görülməsi üçün hadisə rayonlarına cəlb edilib. Hazırda hadisə rayonlarında yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür". Modern.az