st1:*{behavior:url(#ieooui) }
Hər ötən ayda qeydə alınan intihar hadisələri barədə yekun statistikanı oxucuların diqqətinə çatdıran Modern.az-ın məlumatına görə, apreldə Azərbaycanda 38 nəfər həyatına qəsd edib. Həyatına qəsd edənlərin 12 nəfərinin yaşı 50-dən yuxarı olub. Ötən ay ən çox intihar İsmayıllı rayonunda qeydə alınıb. Burada 3 kişi, 1 qadın intihar edib. Onların 4-ü də yaşlılar olub. İsmayıllının Brovdal kəndində 66 yaşlı Telman Qəniyev özünü asıb. 7 övladı olan Qəniyev kənd məktəbində riyaziyyat müəllimi işləyib. Onun 3 ilə yaxındır beyin xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Rayonun Kurtması kəndində 74 yaşlı Şakir Həsənov da həyatına qəsdi özünü asmaqla reallaşdırıb. Səbəbi isə açıqlanmayıb. Aşıqbayramlı kənd sakini, 63 yaşlı Rafiq Ağayev yaşadığı mənzildə intitar edib. Onun psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilib. İsmayıllının Tircan kənd sakini, 54 yaşlı Sənəgül Bədəlovanın özünü asmasının səbəb kimi oğlunun nişanının qaytarılması göstərilib. Bu olaya görə, özünə qapanan xanımın hadisəni həzm edə bilmədiyi vurğulanıb. Apreldə intihar edənlərin 21 nəfəri kişi olub Beyləqan rayonunda 1-ci Şahsevən kənd sakini, 75 yaşlı Musa Veysəlov və Daşkəsən şəhərində 65 yaşlı Çingiz Musayev özlərini ov tüfəngi ilə güllələyiblər. Gəncə şəhərində 54 yaşlı Nizami Əsgərov, Sabuncu rayonunda 61 yaşlı Hüseyn Babayev, Lənkəran rayonunun Hastoni kəndində 58 yaşlı Xudayar Ağacanov özlərini müxtəlif yerlərdən asıblar. Ötən ay intihar edən 2 kişinin adları açıqlanmayıb. Bakıxanov qəsəbəsində yerləşən Gülüstan adlı meşəlikdə və Səbail rayonundakı “Dalğa Plaza”nın qarşısındakı yaşıllıqda 2 naməlum şəxs asılmış vəziyyətdə aşkarlanıb. 9 məktəblinin özünəqəsdi
Aprel ayında 9 məktəbli intiharı qeydə alınıb. Bununla da 2010-cu ilin ötən dörd ayında həyatına qəsd edən məktəbli və yeniyetmələrin sayı 21-ə çatıb. İntihar edən məktəblilərin 4-ü qız, 5-i oğlan olub. Ötən ay iki rayonun eyni kəndində 4 məktəbli intiharı baş verib. Belə ki, Qazaxın Qarapapaq kəndində 14 yaşlı Aytac İmanova xalası Tükəzaban Səlimovanın yaşadığı mənzilin həyətində özünü asıb. 9-cu sinif şagirdi olan Aytac xalasının himayəsində yaşayırmış. Bu kənddə nənəsinin himayəsində yaşayan 13 yaşlı Nərmin Mirzəyeva da özünü asıb. Kürdəmir rayonunun Pirili kəndində bir neçə gün ərzində iki məktəblinin intiharı baş verib. Kənd sakinləri 17 yaşlı (11-ci sinif şagirdi) Vasif Mütəllimovla 6-cı sinifdə oxuyan 12 yaşlı Ramal Mirzəliyevin biri tövlədə digər isə həyətlərindəki yarımçıq tikilidə özlərini asıblar. Sabirabadda 9-cu sinif şagirdi (15 yaş), İmişli rayonunun Yuxarı Qaralar kəndində 17 yaşlı, Biləsuvar rayonunun Xırmandalı kəndində isə 10-cu sinifdə oxuyan 16 yaşlı məktəblilər özlərini asmaqla intihar ediblər. Naxçıvan MR-in Şərur rayonunda 17 yaşlı Samirə Məmmədova çoxlu dərman həbi qəbul etməklə həyatına son qoyub. Suraxanı rayonu, Qaracuxur qəsəbəsində 16 yaşlı Aytən Hadıyeva özünü 5-ci mərtəbədən atıb. Qadınların intiharı Apreldə həyatına qəsd edənlərin 8 nəfəri qadın olub. Onlardan 3-nün yaşı 60-dan yuxarı olub. Mingəçevir şəhərində 75 yaşlı Nisə Məmmədova eyvanda, Xətai rayonunda 78 yaşlı Bəsti Hüseynova yasadığı mənzilin həyətində özlərini asıblar. Birinci qadının hansı səbəbdən intihar etdiyi açıqlanmayıb. Bəsti Hüseynovanın isə əsəb xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub. Onun xəstəliyə bir müddət əvvəl cavan qızını itirdikdən sonra tutulduğu, dəfələrlə özünü öldürcəyini ailə üzvlərinə dediyi bildirilib. Qeyd edək ki, intihar edənlərin bir hissəsi bu addımı atacaqları barədə əvvəlcədən ailə üzvlərinə, yaxın qohum-əqrabalarına xəbərdarlıq edib. Amma nədənsə bu cür xəbərdarlıqlara çox vaxt ciddi reaksiya verilməyib. İntihar edən 3-cü qadın milliyətcə rus olan Mariya Buqayevadır. 93 yaşlı qadın Bakıda, Hüseyn Cavid küçəsində yaşadığı evin eyvanından özünü atıb. Onun son illər xəstəlikdən əziyyət çəkdiyi bildirilib. İntihara cədlər Apreldə 16 nəfər intihara cəhd edib. Onlardan biri məktəbli olub. Nizami rayonunda lal-karlar üçün internat məktəbinin şagirdi, 17 yaşlı Əsmər Həmidli yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Özünə qəsdin səbəbləri açıqlanmayıb. Ötən ay intihara cəhdlərdən biri hərbi hissədə qeydə alınıb. Tərtər rayonundakı “N” saylı hərbi hissədə Şükürov soyadlı əsgər avtomat silahdan özünə atəş açıb. Qazax rayon Hərbi Komissarlığından xidmətə çağrılan əsgərin bu cəhdinin səbəbi kimi komandirlərinin onun hüquqlarını daim pozması, qanunla tənzimlənən məzuniyyət hüququnun təmin olunmaması göstərilib. Bunlardan əlavə, Şükürovun müntəzəm olaraq posta özünün və digər əsgər yoldaşlarının əzvəzində növbəyə çıxarıldığı bildirilib. İntihara cəhd edənlərin 6-sı kişi, 8-i qadın olub. Ötən ay ən təccüblü intihar cəhdi Yevlax rayon sakini Aygün İsmayılova tərəfindən edilib. 22 yaşlı qadın aprelin 30-da “Jiquli” markalı şəxsi avtomobili ilə taksi sürücüsü işləyən Göyçay rayon sakini, 24 yaşlı Elşad İsmayılovun maşının arxa oturacağında yol gedərkən qəflətən çantasındakı şüşə qabdakı benzini çıxarıb öz üzərinə və avtomobilə töküb, alışqanla od vurub. Polislərin köməyi ilə qadın huşsuz vəziyyətdə maşından çıxarılıb. “Jiquli” isə yanaraq tamamilə yararsız hala düşüb. Yevlax şəhər sakini Aygün Göyçaya qonaq gəlibmiş və avtovağzaldan Poti kəndinə getmək üçün həmin taksiya oturub. Onun bu gözlənilməz və qəribə hərəkətinin səbəbləri açıqlanmayıb. Modern.az